Abşeronda və Bakının iki rayonunda elektrik xətləri yenilənəcək
Abşeron, Sabunçu və Nizami rayonları ərazisində yerləşən elektrik verilişi xətlərində və qurğularında yenidənqurma işləri aparılacaq.
Bu barədə İqtisadiyyat.az "Azərişıq" ASC-dən məlumat əldə edib.
Bildirilib ki, həmçinin bu ərazilərdə yeni güc mərkəzlərinin yaradılması da nəzərdə tutulub.
Qeyd edilib ki, məqsəd isə paylayıcı elektrik şəbəkələrində itkilərin azaldılması, gərginlik sıçrayışlarının aradan qaldırılmasıdır.
"Azərişıq" sözügedən yenidənqurma işlərinin 6,5 milyon manata başa gələcəyini ehtimal edir.