Karta yanlışlıqla göndərilən pulu necə geri qaytarmaq olur?

"Əgər əməliyyat vəsaiti göndərən tərəfin öz iradəsi ilə həyata keçirilibsə və məbləğ onu qəbul edən tərəfin kart hesabına daxil olunsa, məbləğin geri qaytarılması bankın səlahiyyətləri xaricindədir".

Bu sözləri ARB TV-nin efirində yayımlanan verilişlərin birində bank rəsmisi Yadigar Cəfərli deyib.

O bildirib ki, əgər məbləği göndərən şəxs qarşı tərəfin hansısa hüquqi pozuntuya yol verdiyini düşünürsə, o, hüquq-mühafizə orqanlarına müraciət etməlidir.

Məsələ ilə bağlı hüquqşünas Elyar Həsənov isə bu halda bankın heç nə edə bilməyəcəyini, qanunla sui-istifadə hallarına yol verilməməsi üçün bank məlumatlarının məxfi saxlanmalı olduğunu bildirib.

"Bir vətəndaş heç bir hüquqi əsası olmadan digərinin pul vəsaitini əldə edirsə, pulu mənimsənilən şəxsin tələbi ilə bu vəsait ona geri göndərilməlidir. Əgər şəxs vəsaiti geri göndərməkdən imtina edirsə, bu, məhkəmə yolu ilə həyata keçirilə bilər", - Elyar Həsənov qeyd edib.

Ətraflı videomaterialda:

Karta yanlışlıqla göndərilən pulu necə geri qaytarmaq olur?

Karta yanlışlıqla göndərilən pulu necə geri qaytarmaq olur?

0.054854154586792