Bakıda təhlükəli yol: Yaxınlıqda məktəb də var
Bakının Xətai rayonu, Süleyman Əhmədov küçəsində vətəndaşlar üçün nəzərdə tutulan yolun piyada keçidi yoxdur.
Bakunews.media xəbər verir ki, yaxınlıqda yaşayış evləri və məktəb də fəaliyyət göstərir.
Sakinlər yolun bir tərəfindən digər tərəfinə keçməkdə çətinlik çəkirlər.
Həmçinin, sözügedən ərazidə avtobus dayanacağı da mövcud deyil. Ərazidə yaşayan sakinlər yayın istisi, qışın soyuğunda yol kənarında dayanaraq avtobus gözləyirlər.
Həmin görüntüləri təqdim edirik:
Aytac Qasımova