İcarə avtomobil bazarında vəziyyət necədir?

Yay ayları yaxınlaşdıqca icarə avtomobillərinə maraq artır. Maraqlıdır, avtomobillər icarəyə neçəyə verilir?

Bununla bağlı Xəzər TV-nin araşdırmasına əsasən avtomobillərin icarə qiymətinin 50 manatdan 1500 manata qədər olduğu bildirilib. Avtomobillərin icarəsi ilə məşğul olan şirkətin direktoru icarəyə götürülən avtomobillərin qiymətinin keçən ilə nisbətən artdığını bildirib.

Məsələ ilə bağlı, nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov icarəyə verilən avtomobillərdə təhlükəsizlik baxımından kasko sığortanın daha məqsədəuyğun olduğunu qeyd edib:

"Kasko sığorta məcburi olmadığına görə, sığorta şirkətləri "Rent A Car" şirkətinin tərkibində olan avtomobilləri kasko sığorta etməkdən imtina edə bilərlər", - deyə E.Cəfərov vurğulayıb.

Ətraflı süjetdə:

İcarə avtomobil bazarında vəziyyət necədir?

İcarə avtomobil bazarında vəziyyət necədir?

0.044039011001587