Gəncədə sel suları avtomobil yolunu yudu

Gəncə şəhərində müşahidə olunan aramsız yağışlar nəticəsində asfalt örtükdə dağıntılar əmələ gəlib.

"Qafqazinfo"nun məlumatına görə, şəhərin Nizami Gəncəvi prospektinə qədər olan 2,4 km-lik hissəsinin sol sahilindəki bəndlər aşınıb.

Hadisə yerinə aidiyyəti üzrə rəsmilər cəlb olunub.

Faktla bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sözügedən məsələ ilə əlaqədar əməkdaşlar tərəfindən əraziyə baxış keçirilib.

Baxış zamanı məlum olub ki, son zamanlar Qərb bölgəsində yağan aramsız yağışlar səbəbi ilə Gəncəçayda sululuq artıb.

Yaranmış təhlükənin aradan qaldırılması məqsədilə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara müraciət ünvanlanıb.

Həmin görüntüləri təqdim edirik:

0.046356916427612