Selçuk Bayraktar Azərbaycanın Müstəqillik Gününü təbrik etdi
Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
Bayraktar bu barədə "Facebook" hesabında paylaşım edib.
"Bir dəfə yüksələn bayraq bir daha enməz.
Qardaş ölkəmiz can Azərbaycanın Müstəqillik Günü mübarək olsun, birliyimiz, həmrəyliyimiz əbədi olsun!" - deyə o, paylaşımda qeyd edib.