Azərbaycan klubu legioner futbolçuları yola saldı
"Azərbaycan Premyer Liqasını 9-cu pillədə başa vuran "Kəpəz" maddi sıxıntılara görə legioner futbolçuları komandada saxlaya bilməyib".
Bu barədə "Report"a Gəncə klubunun baş məşqçisi Adil Şükürov məlumat verib.
Müqavilə müddətləri başa çatan əcnəbi oyunçular cari mövsümün başa çatmasının ardından klubun düşərgəsini tərk ediblər.
Klub mövcud problemlərə görə onlarla yolları ayırmağa məcbur olub.
Qərb təmsilçisi sponsor tapa bilməməsi səbəbindən, heyətdə yer alan digər futbolçuları da komandada saxlamaqda çətinlik çəkir.