"Rossiya24" telekanalı Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş xüsusi reportaj hazırlayıb
"Azərbaycan. Müstəqilliyin memarlığı".
Bu sözlər "Rossiya24" telekanalının Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş xüsusi reportajında deyilir.
Maraqlıdır ki, reportajın böyük hissəsi Azərbaycanın Qarabağ bölgəsində lentə alınıb.
Reportaj işğaldan azad edilmiş Füzulidən başlayır və burada yerli sakinin ifasında muğam sədaları səslənir. Süjetdə qeyd olunur ki, hazırda Füzulidə sürətli şəkildə bərpa işləri gedir və 2040-cı ilə qədər buraya 50 min sakinin köçürülməsi planlaşdırılır. Bu günədək Füzulidə 3 min 132 nəfər (822 ailə) məskunlaşıb.
Reportajın müəllifi Darya Qaliyeva, həmçinin, ermənilər tərəfindən dağıdılmış Ağdam şəhərini də ziyarət edib.
Daha sonra kadrlarda Laçın şəhərinin görüntüləri yer alır.
"Bura İsveçrə deyil - bu, cəmi ilyarım ərzində yenidən qurulan Laçın şəhəridir", - deyə videosüjetdə qeyd olunur.
"İlham Əliyev üçün Qarabağın qaytarılması və bərpası bir çox cəhətdən şəxsi hekayədir. Bununla o, atası Heydər Əliyevin işini tamamlayır", - deyə reportajda vurğulanır.
"Rossiya24" telekanalı Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş xüsusi reportaj hazırlayıb