Joze Mourinyodan Türkiyə klublarına ŞƏRT
Portuqaliyalı baş məşqçi Joze Mourinyo Türkiyə klublarından 3 illik müqavilə tələb edib.
Məlumata görə, "Beşiktaş" və "Fənərbağça" klublarının təklif göndərdiyi Joze Mourinyo minimum 3 illik müqavilə imzalanacağı təqdirdə təklifi qəbul edəcəyini deyib.
"Fənərbağça" rəsmiləri isə portuqaliyalı mütəxəssisə 1 illik müqavilə təklif ediblər. "Beşiktaş" isə Mourinyonun təklifinə heç bir cavab verməyib.
Qeyd edək ki, Joze Mourinyo iki həftə ərzində yekun qərarını verəcəyini bildirib.
Mənbə: Ntvspor.net