"Olimpiakos"un qələbəsi avrokubokların klub bölgüsündə dəyişikliklərə səbəb olub
"Olimpiakos"un Konfrans Liqasının qalibi olması avrokubokların 2024/25 mövsümünün klub bölgüsündə dəyişikliklərə səbəb olub.
Məlumata görə, Pirey təmsilçisi bu qələbə sayəsində Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
"Olimpiakos" Yunanıstan çempionatındakı nəticəsi ilə Konfrans Liqasının II təsnifat mərhələsində oynamalı idi. Ellada təmsilçisi bu raundun püşkündə səpələnmişlərdən olacaqdı. Yəni Pirey klubu Azərbaycanın turnirdəki təmsilçiləri "Sabah"la "Sumqayıt"ın mümkün rəqibi sayılırdı.
Amma "Olimpiakos"un Konfrans Liqasını qazanması bu klublarımızla təsnifat mərhələsindəki yollarını ayırıb. Yunanlar ancaq Avropa Liqasının qrup mərhələsində və ya sonrakı raundlarda Azərbaycan komandaları ilə qarşılaşa bilər.
"Olimpiakos"un Konfrans Liqasının II təsnifat mərhələsindən Avropa Liqasının təsnifat mərhələsinə keçməsi, başqa klublara da təsir edib. Söhbət Malta və Gürcüstanda kubokun sahibi olan klublardan gedir. Belə ki, "Slima Uonderers" və "Saburtalo" Konfrans Liqasına I deyil, II təsnifat mərhələsindən başlayacaq. Hər iki komanda Azərbaycan klubları kimi səpələnməmiş olduğu üçün onlar II deyil, növbəti raundlar üçün mümkün rəqiblərimiz sayılırlar.
Qeyd edək ki, avrokubokların ilk iki təsnifat mərhələsinin püşkü iyunun 18-19-da atılacaq.
Mənbə: Kassies.net