Pikeyə qarşı rəsmi ittiham: Araşdırma başlandı
"Barselona"nın keçmiş mərkəz müdafiəçisi Jerar Pike 2019-cu ildə İspaniya Superkubokunun Səudiyyə Ərəbistanında keçirilməsi zamanı bu ölkə ilə İspaniya Kral Futbol Federasiyası (RFEF) arasındakı korrupsiya mexanizmində iştirakda ittiham olunub.
Məlumata görə, İspaniyadakı 4 saylı Kommersiya Məhkəməsi Pikenin fəaliyyəti ilə bağlı araşdırma aparılmasına göstəriş verib.
Bildirilib ki, keçmiş futbolçunun "Kosmos" şirkəti İspaniya Superkuboku ilə bağlı görülən hərəkətlərə görə komissiya alıb.
Mənbə: championat.com