Atasına pul qazanması üçün kömək etmək istəyən Əbülfəz göz qırpımında alışıb-yandı

Kürdəmirdə səkkiz yaşlı uşaq atasına kömək edərkən yanıb.

Bu barədə Bakunews.media-a onun anası İbrahimova Şəbinə məlumat verib.

Bildirilib ki, hadisə 19 may tarixində Qocalı kəndində baş verib:

"Səkkiz yaşlı övladım Əbülfəz İbrahimli atasına pul qazanması üçün kömək edərkən ağır yanıq xəsarətləri alıb. Belə ki, o, içində benzin olan qabı atasına uzadıb və üzərinə benzin dağıldığının fərqində olmayıb. Atası samanla işi bitdikdən sonra kibritdən istifadə edib. Bu zaman Əbülfəzin paltarı alışıb. Bakıda xəstəxanaların birində müalicə aldıq. Evdən çıxarkən qohum-qonşudan 500 manat borc almışdıq. O pul da tükəndi. Oğlumun vəziyyəti çox ağırdır. Tanınmaz hala düşüb. Atası hadisə zamanı özünü itirib deyə onun alışan paltarını söndürə bilməyib. İmkanlı şəxslərdən xahiş edirik bizə yardım etsinlər. Əbülfəzin dərmanlarını, bintlərini ala bilmirik. Bütün günü ağrıdan zarıyır. Bizə ilkin müalicə xərclərini qarşılamaq üçün 2200 manat lazımdır".

Əlaqə nömrəsi: 070 680 72 38

Kart nömrəsi: 4169 7388 7746 2196

0.048063993453979