Ulduz basketbolçunun məsuliyyətsizliyi klubunun 100 min dollar cərimələnməsinə səbəb olub
Milli Basketbol Assosiasiyası (NBA) "Atlanta Houks" klubunu basketbolçusu Trey Yanqın "Boston Seltiks"lə oyunda meydana çıxmadığı üçün 100 min dollar cərimələyib.
Bakunews.media xəbər verir ki, Milli Basketbol Assosiasiyası (NBA) rəhbərliyi noyabrın 12-də keçirilən qarşılaşmada Treyin səbəbsiz yerə meydana çıxmadığını müəyyənləşdirib.
NBA-nın açıqlamasında "Atlanta Houks"un liqada basketbolçuların iştirakı siyasətini pozduğu bildirilib.
Qeyd edək ki, təşkilatın yeni Kollektiv Müqaviləsinə (CBA) əsasən, komandalara oynamaq imkanı olan basketbolçulara istirahət vermək hüququna qadağa qoyulub. Yeni siyasət azarkeş marağı və televiziya reytinqi səbəbindən yürüdülüb.