Sağlam ürəyi olan insanlara xas xüsusiyyətlər hansılardır?
Hər hansı bir fəaliyyətə asanlıqla köklənən insanlar daha yaxşı psixi və ürək-damar sağlamlığına malikdirlər.
Bu barədə İsveçdəki Karolin İnstitutunun davranış genetikası üzrə kafedrasının dosenti Miriam Mosinq danışıb.
Mütəxəssis izah edib ki, vaxta diqqət yetirmədən həvəslə yeni bir fəaliyyətlə məşğul olmaq çox vaxt "axın" adlanan məhsuldarlığın artması ilə müşayiət olunan artan konsentrasiya vəziyyətidir. Mosinq qeyd edib ki, "axın" vəziyyətini ürək-damar sağlamlığının daha yüksək göstəriciləri ilə əlaqələndirilir. Bunu Çinin Cənub-Qərbi Tsyaotun Universitetinin alimlərinin araşdırması göstərib.
Mosinq və onun həmkarları tərəfindən aparılan başqa bir araşdırma məşğul olduğu işə aludə olan insanların həm ürək xəstəliyi, həm də depressiya, narahatlıq, şizofreniya və bipolyar pozğunluğun inkişaf etmə riskinin azaldığını göstərib. Tədqiqatçılar "axının" həm fiziki, həm də zehni rifaha mənfi təsir göstərə bilən stresin zərərli təsirlərindən qorunmağa kömək edə biləcəyini təxmin ediblər.
Mənbə: The Conversation