Zığ dairəsi-Hava Limanı yolunda endirilən sürət həddi bərpa edilib
Küləkli hava səbəbindən Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 kilometr/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Bakunews.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, bütün məlumat sürət tablolarından "güclü külək" işarəsi də götürülüb.