Qohum evliliyindən xəstə doğulan uşaqların sayı ARTIR
Qohum evliliyindən irsi və genetik xəstəliklə doğulan uşaqların sayı artır.
Mütəxəssislərin sözlərinə görə, belə evliliklərin əksəriyyəti rayon və kəndlərdə baş tutur.
Bəli, qohum olmayan evliliklərdə də bu hala rast gəlinir, lakin belə uşaqlar iki-dörd faizdirsə, qohumluq olanda bu göstərici dörd-səkkiz faizdən çox olur.
Millət vəkili Rəşad Mahmudovun sözlərinə görə, günümüzdə qohum evliliyindən yaranan fəsadlarla bağlı nə qədər danışılsa da qonşu ölkələrlə müqayisə də bu hallar ölkəmizdə daha çoxdur.
Əlavə olaraq, qohum evliliklərində əlil uşaqların doğulması riski yad şəxslərin evlilikləri ilə müqayisədə iki dəfə yüksəkdir.
Mütəxəssislər düşünürlər ki, qanunvericilik sərtləşdirilməli, baba və nənələri eyni olan şəxslərin nikahı qadağan edilməlidir.
Ətraflı "Xəzər Xəbər"in süjetində:
Qohum evliliyindən xəstə doğulan uşaqların sayı ARTIR