Azərbaycanda toyda mübahisə zamanı qan töküldü: Saxlanılan var
Şəmkir rayonunda toyda bıçaq xəsarəti alan şəxsin kimliyi məlum olub.
"Report"un məlumatına görə, mübahisə zəminində bıçaq xəsarəti alan, 1968-ci il təvəllüdlü M.Zeynalovdur.
Onun vəziyyəti kafi qiymətləndirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinə rayonun Səməd Vurğun kənd sakini, 1968-ci il təvəllüdlü Mustafa Zeynalovun kəsici deşici alətlə çiyin nahiyəsindən daxilə keçməyən xəsarət alması barədə məlumat daxil olub.
Araşdırmalarla M. Zeynalova toy mərasimində həmkəndlisi 2005-ci il təvəllüdlü Qafar Abbasovun xəsarət yetirməsi məlum olub. Şübhəli şəxs saxlanılıb, araşdırmalar davam etdirilir.
Şəmkir rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
"Report"un məlumatına görə, Şəmkir rayonunda keçirilən toy mərasimlərinin birində mübahisə qanla bitib.
Belə ki, qonaqlardan birinə bıçaqla xəsarət yetirilib. Yaralı xəstəxanaya çatdırılıb.
Onun kimliyi və mübahisənin səbəbləri hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.