Qaradağ rayonunda "Təmiz hava" aylığı ilə əlaqədar tədbir keçirilib

Qaradağ rayonunda "Təmiz hava" aylığı ilə əlaqədar tədbir keçirilib.

Bu barədə Bakunews.media-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) bildirilib.

Məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin DYP Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərin qarşısının alınması istiqamətində tədbir həyata keçirilib.

Keçirilən tədbirlər zamanı avtonəqliyyat vasitələrinin texniki sazlığının daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti barədə sürücü və sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Bir daha sürücülərdən, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən istifadələrində olan avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edirik.

0.076558113098145