Xəzər rayonunda 29 yaşlı qadını avtomobil vurub
Bakının Xəzər rayonunda 29 yaşlı qadını yol-nəqliyyat hadisəsində xəsarət alıb.
"Report" xəbər verir ki, 1995-ci il təvəllüdlü Məryəm Vətən qızı Rüstəmli yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bud sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.