Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi Zakir Muradov dəfn edilib
Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Zakir Minad oğlu Muradovun meyitinin qalıqları Xaçmaz rayonuna gətirilib.
"Report"un Şimal bürosunun məlumatına görə, şəhidin nəşi Xaçmaz rayonunun Yeni Sudur kəndində ailəsinə təhvil verilib.
Şəhidlə vida mərasimi keçirilib, onun nəşi Yeni Sudur kənd qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Zakir Minad oğlu Muradov 1971-ci il aprelin 25-də Xaçmaz rayonunun Yeni Sudur kəndində anadan olub. O, 1992-ci il noyabrın 9-da Ağdərə rayonunda itkin düşüb.