Oğuzda qoyunları otarmağa gedən çoban ölü tapıldı

Oğuzda qoyunları otarmağa gedən kişinin meşəlik ərazidən meyiti tapılıb

"Report"un məlumatına görə, hadisə rayonun Sincan kəndi ərazisində baş verib.

Belə ki, kənd sakini 1973-cü il təvəllüdlü Anar Məmmədyarov səhər saatlarında qoyunları otarmaq üçün kənddən aralı meşəlik əraziyə gedib.

Axşam saatlarında qoyunların kəndə çobansız qayıtdığını görən kənd sakinləri A.Məmmədyarovu axtarmağa başlayıblar.

Nəticədə onu həmin ərazidə ölmüş vəziyyətdə aşkarlayıblar.

Faktla bağlı araşdırma aparılır.

0.047425031661987