Belçika və Fransadan qələbə, İspaniyadan darmadağın

Almaniyada təşkil olunacaq futbol üzrə Avropa çempionatının iştirakçı ölkələrindən bir neçəsi yoldaşlıq görüşü keçiriblər.

Bakunews.media xəbər verir ki, Danimarka yığması İsveçlə qarşılaşıb və 2:1 hesabı ilə qələbə qazanıb.

Fransa seçməsi Lüksemburqa şans verməyib - 3:0. Fransızların ulduzu Mbappe bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Slovakiya ev matçında San Marino millisi ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qalibiyyəti ilə başa çatıb.

Belçika seçməsi Monteneqronu 2:0 hesabı ilə məğlub edib.

Həmçinin, İspaniya doğma meydanda Andorranı darmadağın edib - 5:0. Oyarzabal het-trikə imza atıb.

0.069617033004761