Arif Quliyevin oğlu: "Anamı evə gətirdik, qaraciyəri parçalanıb"

"Ötən gün anamı müalicə aldığı Kliniki Tibbi Mərkəzdən evə gətirdik. Onun vəziyyəti yaxşı deyil. Ağır olaraq qalır. İstədik ki, gözümüzün yanında olsun".

Bu sözləri mərhum Xalq artisti Arif Quliyevin oğlu Rövşən Quliyev Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.

O, anası Gülzar Quliyevanın son vəziyyətini belə şərh edib:

"Anamın müalicəsi həkim nəzarəti altında evdə davam edəcək. Getdikcə ümidimiz kəsilir. Həkimlər əllərindən gələni edirlər ki, anam sağalsın. Lakin onlar ümidverici proqnoz vermirlər. Anam sirroz xəstəliyindən əziyyət çəkdiyi üçün qaraciyəri parçalanıb".

0.12125110626221