Tovuzda çayda tapılan meyitin kimliyi müəyyən edilib
Tovuz rayonunda çayda tapılan meyitin kimliyi müəyyən edilib.
Bakunews.media-ın məlumatına görə, meyitin Düz Cırdaxan kənd sakini, 1950-ci il təvəllüdlü Valeh Rüstəmova aid olduğu müəyyən edilib.
Xatırladaq ki, meyit Tovuz şəhərində olan parkların birinin yaxınlığından axan çayda aşkarlanmışdı.
Faktla bağlı araşdırma aparılır.