Nikahın pozulmasının qeydə alınmasına görə yeni rüsum müəyyənləşdi
Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələrində dəyişiklik edilib.
President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu təsdiqləyib.
Dəyişikliyə əsasən, məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının qeydə (qeydiyyat "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə daxil olmuş məhkəmə qətnaməsindən çıxarışa əsasən şəhadətnamənin verilməsinə) alınmasına görə (qətnamədə dövlət rüsumunun tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə birinci müraciət etmiş tərəfdən) 15 dollar dövlət rüsumu ödəniləcək.