TÜRKPA-nın 13-cü plenar iclasında Bakı Bəyannaməsi yekdilliklə qəbul edilib
TÜRKPA-nın 13-cü plenar iclasında Bakı Bəyannaməsi yekdilliklə qəbul edilib.
"Report" xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova plenar iclasda bildirib.
"Əmin etmək istəyirəm ki, əməkdaşlığımızın inkişafı naminə çalışacağıq. Ötən illər ərzində TÜRKPA-nın əhəmiyyətli inkişaf yolu olub. Parlamentlərarası əlaqələrimizin inkişafı üçün bundan sonra da işlər görüləcək", - spiker deyib.
Onun sözlərinə görə, iclasın sonunda qəbul edilən Bakı Bəyannaməsində önəmli məqamlara toxunulub:
"Bu bəyannamə ölkələrimizi maraqlandıran məsələlərə dair ortaq mövqeyimizin, qardaş ölkə parlamentarilərinin qarşılıqlı etimad və dəstəyinin təzahürüdür".
Qeyd edək ki, bu gün Bakıda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü iclası keçirilib. İclasda TÜRKPA-ya daimi komissiyalarının sədrləri, sədr müavinləri və baş katibə yeni müavin seçilib. Həmçinin bir sıra təşkilati məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.