Avtomobilin saxta ehtiyat hissələri sürücülərin həyatına təhlükədir - EKSPERT AÇIQLADI

Bu gün avtomobil ehtiyat hissələri satışı bazarında orijinaldan çox demək olar ki, sex məhsulları üstünlük təşkil edir.

Xezerxeber.az bildirir ki, avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olan Xəzər Şirməmmədov deyir ki, buna səbəb sürücülərin bu tip detallara üstünlük verməsidir.

Bəs avtomobildə orijinaldan fərqli olaraq, firma və sex məhsulu olan detalların nə kimi təhlükəsi var?

Avtomobil ustası Sahil Ağabəyli hesab edir ki, nəqliyyat vasitəsinin təkərləri, əyləc qəlibi, əyləc dayağı və əyləc mayesi mütləqdir ki, orijinal olmalıdır.

Mütəxəssislər dedilər ki, sürücülər detal alarkən mütləq onu ustaya da göstərsinlər. Bəzi hallarda orijinal adı ilə alınan hər hansı bir ehtiyat hissəsi firma və yaxud da sexdə hazırlanan olur.

Usta onu da əlavə etdi ki, söhbət həyatı təhlükədən gedirsə, sürücülər avtomobilin alt işlək hissəsində sadalanan detalların orijinallığına ciddi əməl etməlidirlər.

Daha ətraflı videomaterialda:

Avtomobilin saxta ehtiyat hissələri sürücülərin həyatına təhlükədir - EKSPERT AÇIQLADI

Avtomobilin saxta ehtiyat hissələri sürücülərin həyatına təhlükədir - EKSPERT AÇIQLADI

0.089959144592285