"Bavariya"nın yay transfer hədəfi bəlli oldu
"Bavariya" "Fulhem"in mərkəz yarımmüdafiəçisi Juau Palinya izləməyə davam edir.
Mənbənin məlumatına görə, 28 yaşlı yarımmüdafiəçinin transferi Münhen üçün yay transfer pəncərəsi zamanı əsas məqsəddir.
"Bavariya"nın idman rəhbərliyi, eləcə də yeni baş məşqçi Vinsent Kompani xüsusilə portuqalların dözümlülüyünü və fiziki imkanlarını yüksək qiymətləndirirlər.
Artıq transferlə bağlı "Bavariya" ilə Palinya arasında şifahi razılıq var. Almanlar futbolçu üçün 40-45 milyon avro ödəməyə hazırdırlar, lakin bu məbləğin "Fulhem"ə uyğun olub-olmayacağı bilinmir.
Palinya bu mövsüm klubunda 39 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
Mənbə: Sky Sport Deutschland