Həkimlərdən XƏBƏRDARLIQ: Bəzi ağartı məhsulları günəş yanıqlarını daha da ağırlaşdırır
Yay mövsümü gəldi və insanlar günəşin altında daha çox vaxt keçirməyə başlayırlar.
Ancaq günəş şüalarının təsiri ilə dəri yanıqları halları da az yaşanmır. Bəziləri təbii yolla müalicə üsulu kimi ağartı məhsulları istifadə edirlər. Ancaq bu, nə dərəcədə doğru addımdır?
Həkimlər xəbərdarlıq edirlər ki, xama və kefir kimi yağlı məhsullar günəş yanıqlarını daha da pisləşdirə bilər. Onların sözlərinə görə, yağlı qidalar yanan dəri üçün zərərlidir, çünki onlar nazik təbəqə yaradır və yanmış nahiyədə mikroorqanizmlərin çoxalmasına səbəb olur.
Statistikaya görə, hər il milyonlarla insan günəş yanığından əziyyət çəkir və düzgün müalicə olunmadıqda ciddi fəsadlara yol aça bilər.
"Bədəndə günəş şüalarından sonra yanğını sakitləşdirmək üçün soyuq bir şey lazımdır. Bu, soyuq duş ola bilər, yaxud zədələnmiş nahiyəyə buz parçası qoymaq olar", - deyə mütəxəssislər bildirirlər.
Mənbə: "Lenta dnya" "Telegram" kanalı