Suraxanıda evə atəş açıldı: Saxlanılan var
İyunun 5-də paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsində silahlı insident olub.
"Qafqazinfo" xəbər verir ki, naməlum şəxs qəsəbədəki evlərdən birinin pəncərəsinə atəş açıb. Nəticədə mənzilin pəncərəsinin şüşələri qırılıb.
Hadisə barədə Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə tüfənglə bu əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Samir Əliyev müəyyən olunaraq saxlanılıb. Ondan nömrəsi silinmiş tüfəng götürülüb.
Məlum olub ki, S.Əliyev qonşuluqdakı evlərdən birinə qonaq gəlib və ehtiyatsızlıqdan atəş açaraq digər evə ziyan vurub.
Araşdırmalar davam etdirilir.