Ər müəllimə işləyən həyat yoldaşını döyüb xəstəxanalıq etdi
Ucarda ər arvadını döyüb.
Lent.az xəbər verir ki, Ucar rayon sakini, 1970-ci il təvəllüdlü Şəhla Nadir qızı Mikayılova ağır vəziyyətdə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanada zərərçəkənə zəruri tibbi yardım göstərilsə də, vəziyyətinin ağır olması səbəbindən müalicəsini davam etdirmək məqsədilə Bakı şəhərinə aparılıb.
Qeyd edək ki, dörd uşaq anası Şəhla Mikayılova 30 ildən artıqdır ki, Ucar musiqi məktəbində müəllimə kimi çalışır.
Faktla bağlı araşdırma aparılır.