Qisas üçün həmkəndlisinin canını aldı

Ordubad sakini həmkəndlisini qətlə yetirib.

Bakunews.media xəbər verir ki, bu barədə Ordubad Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, iyunun 13-də Ordubad rayonunun Unus kənd sakininin bıçaq zərbəsi alaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1976-cı il təvəllüdlü Bəxtiyar Sərdar oğlu Rəsulovun qisas motivi ilə həmkəndlisi 1974-cü il təvəllüdlü İbrahim Əsədullah oğlu Tağıyevə bıçaq xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Bəxtiyar Sərdar oğlu Rəsulov şübhəli şəxs qismində tutulub.

Ordubad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

0.090833902359009