Azərbaycanın məşhur xəstəxanalarında nə baş verir? - Vəzifəli şəxslər ard-arda istefa verirlər

Ötən gün Azərbaycan Tibb Universitetinin (ATU) iki xəstəxanasına yeni direktorlar təyin edilib. Buna səbəb isə sözügedən xəstəxanaların baş həkimlərinin istefa etməsi olub.

Bakupost.az-ın əldə etdiyi məlumata görə, Tədris Cərrahiyyə Klinikasının direktoru Cavid Paşayev və Tədris Terapevtik Klinikasının direktoru Fərid Eyvazov hər ikisi vəzifəsindən istefa verib.

Bundan başqa, Tədris Cərrahiyyə Klinikasının baş həkimi professor Fariz Camalovun da ərizə yazması ilə bağlı məlumat yayılıb.

Onların istefa səbəbi hələlik məlum deyil.

Xatırladaq ki, ATU Tədris Cərrahiyyə Klinikasının (TCK) direktoru vəzifəsinə III cərrahi xəstəliklər kafedrasının dosenti Əsədulla Sultanov, Tədris Terapevtik Klinikasına xəstəxananın direktoru vəzifəsinə ali təhsil müəssisəsinin I Daxili xəstəliklər kafedrasının müdiri, professor Vəsadət Əzizov təyin olunub.

Tədris Cərrahiyyə Klinikasının baş həkim vəzifəsinə isə Neyrocərrahiyyə kafedrasının dosenti, TCK-nın Neyrocərrahiyyə şöbəsinin müdiri Cəmil İskəndərov təyin edilib.

0.071702003479004