DİN hərəkətə keçdi: Gəncədə 14 yaşlı qızın nişanlanması ilə bağlı məlumat ARAŞDIRILIR

Gəncə şəhərində 14 yaşlı qızın nişanlandığı iddia olunur.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.

Paylaşımda 8-ci sinif şagirdinə toy mərasiminin keçiriləcəyi qeyd edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Report"a açıqlamasında bildirib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır.

0.053518056869507