Suvarma işləri görən 26 yaşlı gənc faciəli şəkildə öldü

Qazaxda 26 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb.

Bakunews.media xəbər verir ki, hadisə Ağköynək kəndində qeydə alınıb.

Belə ki, rayon sakini, 1998-ci il təvəllüdlü Orxan Əliyev həyətində suvarma işləri aparan zaman su nasosunda yaranan elektrik sızması nəticəsində cərəyan onu vuraraq öldürüb.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

İsmayıllıda qadını elektrik cərəyanı vurub.

APA xəbər verir ki, hadisə rayonun Talıstan kəndində baş verib.

Kənd sakini 1977-ci il təvəllüdlü Gövhər Hüseynova yaşadığı evdə elektrik lampasını dəyişərkən lampa əlində partlayıb və xanımı cərəyan vurub. G.Hüseynova hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

0.091192960739136