Yevlaxda avtomobillər toqquşdu: Səkkiz nəfər xəsarət aldı

Yevlaxda iki avtomobilin toqquşması nəticəsində uşaqlar da daxil olmaqla səkkiz nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə Xaldan-Mingəçevir yolunun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində 1959-cu il təvəllüdlü M.Əhmədova, 1991-ci il təvəllüdlü Ş.Əhmədova, 2019-cu il təvəllüdlü E.Əhmədova, 2020-ci il təvəllüdlü M.Əhmədova, 1985-ci il təvəllüdlü T.Əhmədova, 2011-ci il təvəllüdlü N.Məmmədli, 1983-cü il təvəllüdlü S.Ağayev və 1984-cü il təvəllüdlü N.Sadıqov xəsarət alıblar.

Xəsarət almış üç uşaq, üç qadın və iki kişi Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Bir nəfər ağız nahiyəsindən ağır xəsarət aldığından əməliyyata götürülüb, digərlərinin vəziyyəti orta-ağır və kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

0.51034188270569