Qəbələdə avtomobil qaçıran şəxs saxlanıldı

Qəbələdə avtomobil qaçıran şəxs saxlanılıb.

Bakunews.media xəbər verir ki, Qəbələ rayon sakini İ.Səmədova məxsus "VAZ-21099" markalı avtomobil şəhər ərazisindən qaçırılıb.

O, bu barədə rayon polis şöbəsinə də müraciət edib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törədən K.Umudxanov avtomobillə birgə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

0.40468406677246