Tələbəni tibb kollecindən qaçırıb münasibətdə oldu - DETALLAR

Qax rayonunda 2005-ci il təvəllüdlü Cəfər yetkinlik yaşına çatmayan həmyerlisi Baharla (adlar şərti göstərilib - red.) cinsi əlaqədə olub.

Demokrat.az-ın məlumatına görə, Cəfər 27 yanvar 2024-ci ildə, gecə saatlarında Qax rayonunun kəndində yerləşən fərdi yaşayış evində Baharla cinsi əlaqəyə girib.

Bundan sonra isə həmin ilin yanvarın 27-dən fevral ayının ortalarınadək olan müddət ərzində mütəmadi olaraq həmin kənddə yerləşən fərdi yaşayış evində 16 yaşına çatmamış Baharla onun könüllü razılığı əsasında mütəmadi şəkildə təbii yolla cinsi əlaqədə olub. Hadisəni törədən Cəfərin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəfər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O qeyd edib ki, zərərçəkmiş Bahar onun həyat yoldaşıdır:

"Baharla 2023-cü ilin avqustun 11-də el adəti ilə ailə həyatı qurdum. Həmin vaxtı Baharın yetkinlik yaşına çatmadığı üçün aramızda rəsmi nikah bağlanmadı. Baharla aramızda molla kəbini kəsilib".

Zərərçəkmiş bildirib ki, 2023-cü ilin avqust ayının sonlarında Cəfərlə könüllü olaraq təbii yolla cinsi əlaqədə olublar:

"Daha sonra isə Cəfərlə dəfələrlə cinsi əlaqədə olmuşuq. 2024-cü ilin yanvar ayının sonlarında Cəfər və ailəsi ilə birlikdə Bakı şəhərində onların yaşadığı Suraxanı rayonuna gəldik. Bakı şəhərində olan zaman Cəfər məni döydü. Mənim ondan heç bir şikayətim və tələbim yoxdur. Onu bağışlamışam. Biz 17 yaşım tamam olandan sonra toy edəcəkdik".

Zərərçəkmiş Baharın anası Sevilin sözlərinə görə, 2023-cü ilin avqustun 11-də həmkəndlisi Vüqar, onun arvadı Samirə, oğlu Cəfər və qardaşı Vaqif qızı Baharı evlənmək məqsədi ilə oxuduğu Zaqatala şəhərindəki tibb kollecindən qaçırıblar.

Onun sözlərinə görə, həmin vaxtdan 2024-cü ilin fevral ayının sonlarına kimi qızı onlarla birlikdə yaşayıb. Qızının yaşı tamam olandan sonra toy edəcəkləri barədə razılığa gəliblər.

Bu cinayət işinə Qax Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cəfərin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona bir il sınaq müddəti olmaqla bir il dörd ay müddətinə şərti cəza verilib. Təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilib, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

0.059015989303589