Cəlilabadda iki yeniyetmə faciəli şəkildə öldü

Cəlilabad rayonunda iki həmkəndlinin suda boğulmasının təfərrüatı məlum olub.

"Report"un məlumatına görə, hadisə bu gün Cəlilabadın Hamaraqışlaq kəndində yerləşən su bəndində qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü Nihat Aşurov qoyunları yuyarkən su bəndinə yıxılıb. Ona kömək etmək üçün digər kənd sakini, 2004-cü il təvəllüdlü İbrahim Həsənov suya atılıb. Lakin az sonra hər iki şəxs suda görünməz olub. Yaxınlıqdakı şəxslər ilk olaraq Nihatın cansız bədənini sudan çıxarıblar. Lakin İbrahimin axtarışı nəticə verməyib. Onun meyiti hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb.

Hər iki şəxsin meyiti Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı müvafiq araşdırmalar davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun Hamarqışlaq kəndində göldə 2 nəfərin batması barədə məlumat daxil olub və dərhal Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları axtarışlara cəlb olunub.

Bu barədə Bakunews.media-a FHN-dən məlumat verilib.

Bildirilib ki, axtarışlar nəticəsində göldə batmış rayonun Hamarqışlaq kənd sakinləri, 2008-ci il təvəllüdlü Nihad Nicat oğlu Aşurov və 2004-cü il təvəllüdlü İbrahim Əjdər oğlu Həsənovun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Cəlilabadda su bəndində boğulan iki nəfərin meyiti tapılıb.

APA xəbər verir ki, meyitlər bənddən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda onların kimliyi dəqiqləşdirilir.

Cəlilabadda su bəndində iki nəfər boğulub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Cəlilabad rayonunun Hamarqışlaq kəndi ərazisində qeydə alınıb. Kənddə yerləşən su bəndində iki nəfərin çimərkən boğulduğu bildirilir.

Hazırda onların axtarışları aparılır.

0.054779052734375