Bayram günlərində təcili yardıma edilən müraciətlərin sayı AÇIQLANDI
Qurban bayramı günlərində - 15-19 iyun tarixlərində təcili tibbi yardım xidmətinə edilən ümumi çağırışların sayı 10 325 olub. Onlardan 1 092 nəfər hospitalizasiya edilib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, bayramı günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində xidmət göstərib.
"Çağırışların sayı ən çox 17.06.2024-cü il tarixində (çağırış sayı 2 130, hospitalizasiya olunanların sayı 238 nəfər) qeydə alınıb. Çağırışlar əsasən arterial təzyiqin qalxması, kardioloji problemlər, travmalar, dispeptik əlamətlər, respirator xəstəliklər və s. ilə bağlı olub", - məlumatda vurğulanıb.