"Bir ümid Marine Le Penədir"

“Bu gün Fransada dövlətlərarası münasibətləri bərpa edə biləcək adam yoxdur. Bir ümid Marin Le Penədir. Bəlkə də onun hakimiyyətə gəlməsi ilə Fransa ilə Azərbaycan arasında münasibətlər yaxşılığa doğru dəyişəcək”.

Politoloq Fuad Əliyev Azreform.info-ya Fransa ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər problemini şərh edib.

“Uzun illər Fransa ATƏT-in Minsk qrupunun həmsədri olub. Onlar ABŞ-la birlikdə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli prosesini hər cür ləngitdilər, eyni zamanda Ermənistana kömək etdilər. Müharibə zamanı və müharibədən sonra bu iki ölkə Ermənistanı açıq şəkildə dəstəkləyib. Fransa Ermənistanla silah tədarükü üçün bir neçə müqavilə imzalayıb. Bununla Fransa açıq şəkildə Ermənistanı Azərbaycanla qarşıdurmaya sövq edir. Onların Ukraynadakı kimi şüarı var – sonuncu erməniyə qədər vuruşmaq”.

Fuad Əliyev hesab edir ki, indiki vəziyyətdə Fransada hakimiyyət Azərbaycanla münasibətləri normallaşdırmaq istəmir:

“Bu gün Fransada dövlətlərarası münasibətləri bərpa edəcək  adam yoxdur. Fransanın prezidenti, baş naziri və müdafiə naziri faktiki olaraq erməni neonasistlərinin ruporuna çevrildi. Hesab edirəm ki, Fransada vəziyyət dəyişməsə, o zaman növbəti prezident Fransanın hazırkı müdafiə naziri Sebastyan Lekornu olacaq. Lekornu Ermənistana silah tədarükünün təşəbbüskarıdır. Bir ümid Marine Le Penədir. Bəlkə də onun hakimiyyətə gəlməsi ilə Fransa ilə Azərbaycan arasında münasibətlər yaxşılığa doğru dəyişəcək”.

1.9518280029297