Velosipedlər üçün salinan zolaqlarda avtobus üçün dayanacaqlarin yeri niyə nəzərə ALINMIR?

Dayanacağın qarşısında çəkilən velosiped zolağı sərnişinlər üçün təhlükə yaradır.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Yasamal rayonu Mirzəağa Əliyev küçəsindən gedir. Sonradan salınan velosiped zolağına görə hər gün onlarla sakin bu ərazidə ictimai nəqliyyata minmək üçün çətinlik çəkir.

Yaranan vəziyyətə görə, avtobusu məcburən yolun hərəkət hissəsində saxlayan sürücülər də bu haldan narazıdırlar.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, Mirzəağa Əliyev küçəsində mikromobillik zolağı çəkilən zaman piyadalar mütləq qaydada nəzərə alınıb. Belə ki, ərazidə piyadaların üstünlüyünü bildirən yol nişanı quraşdırılıb və mikromobillik vasitələri hərəkətdə olarkən piyadalara yol verməlidirlər.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) bildirilib ki, velosipedçi tərəfindən piyadaya yol verilmədiyi halda inzibati xətalar məcəlləsinə əsasən sürücü 40 manat məbləğində cərimə olunur.

Ətraflı süjetdə:

Velosipedlər üçün salinan zolaqlarda avtobus üçün dayanacaqlarin yeri niyə nəzərə ALINMIR?

Velosipedlər üçün salinan zolaqlarda avtobus üçün dayanacaqlarin yeri niyə nəzərə ALINMIR?

0.051573991775513