Anası doğum zamanı öldü, atası tərk etdi: Balaca Şəfa təcili əməliyyat olunmalıdır
Yeddi yaşlı Şəfanın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Bakunews.media-a onun xalası Gülnarə Mehdiyeva məlumat verib.
O bildirib ki, Şəfanın beynində anadangəlmə kista var.
"Şəfanın anası, yəni bacım onu dünyaya gətirəndə vəfat edib. Həmin dövrlər həm başımız çox qarışıq oldu, həm də vəziyyətimiz yaxşı olmadığı üçün Şəfanı normal həkim müayinəsindən keçirə bilmədik. Onun 2 yaşı olanda beynində kista olduğunu öyrəndik. Həmin gündən də müalicələrini imkan daxilində edirik. Hazırda Şəfanı Türkiyəyə aparıb, əməliyyat etdirmək istəyirik".
Gülnarə Mehdiyeva Şəfanın müalicəsi üçün 3 500 manata ehtiyacları olduğunu deyib.
"Bacım vəfat edəndən sonra Şəfanın atası da ondan imtina etdi. Körpə uşağa baxa bilməyəcəyini dedi. Həmin gündən də nə bir dəfə Şəfanı axtarıb, nə də görməyə gəlib. Bütün xərclərini mən və anam qarşılamışıq. Hazırda Şəfanı Türkiyəyə aparıb əməliyyat etdirməliyik, bunun üçün bizim 8 000 manata ehtiyacımız olacağını dedilər. Biz həmin məbləğin 4 500 manatını güc bəla ilə toplamışıq. İnanın Şəfaya anasından yadigar qalan qızıllara qədər satmışıq, amma qalan məbləği tamamlaya bilmirik. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 263-39-56.
"UniBank": 5243 7544 4295 2048.