Paytaxtda avtomobillər üçün "hovuz": Yaşayış kompleksinin həyəti su ilə doldu

MİDA-nın Yasamaldakı yaşayış kompleksinin ərazisi yağışdan sonra sulara qərq olub.

Bu barədə görüntülər baku.ws-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, leysandan sonra yaşayış kompleksinin ərazisi gölməçəyə çevrilib. Nəticədə sakinlərin həm piyada, həm də avtomobillərlə hərəkəti çətinləşib.

Bəzi yerlərdə yığılan suyun səviyyəsi o qədər artıb ki, avtomobil idarə etmək ümumiyyətlə mümkün olmayıb.

Sözügedən görüntüləri təqdim edirik:

Paytaxtda avtomobillər üçün "hovuz": Yaşayış kompleksinin həyəti su ilə doldu

Paytaxtda avtomobillər üçün "hovuz": Yaşayış kompleksinin həyəti su ilə doldu

0.056861162185669