Tərtərdə ov zamanı faciə yaşandı: Kişinin ehtiyatsızlığı gəncin ölümünə səbəb oldu

Tərtərdə baş verən ölüm hadisəsinin təfərrüatı məlum olub.

"Report" xəbər verir ki, bədbəxt hadisə ov zamanı baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Asiman Vaqif oğlu Əhmədov bacısı oğlu Eltac Bəylər oğlu Süleymanlı ilə birlikdə dovşan ovuna gediblər.

A.Əhmədov qoşalülə tüfəngin çaxmağını bağlamağı unudub. O, vurduğu dovşanı götürmək üçün aşağı əyilərək tüfəngin qayışını kürəyinə keçirmək istəyib. Bu zaman atəş açılıb və güllə arxadan gələn E.Süleymanlıya dəyib.

E.Süleymanlı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Tərtərdə 18 yaşlı gənc ehtiyatsızlıqdan ov silahından açılan atəş nəticəsində ölüb.

Bakunews.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, iyunun 23-də saat 05:00 radələrində Tərtər rayon sakini 2006-cı il təvəllüdlü Eltac Bəylər oğlu Süleymanlı ehtiyatsızlıqdan ov silahından açılan atəş nəticəsində xəsarət alması və xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.

Araşdırmalarla hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin dayısı 1988-cu il təvəllüdlü Asiman Vaqif oğlu Əhmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

0.046911001205444