Mingəçevir su anbarında batan balıqçılardan birinin meyiti tapıldı

Mingəçevir su anbarında batan balıqçılardan birinin meyiti su hövzəsinin Samux rayon ərazisinə aid hissəsində tapılıb.

"Report"un məlumatına görə, iyun ayının 20-də Qax rayon Qaysarlı kənd sakini Rövşən Hümbət oğlu Hümbətov və Zaqatala rayon sakini Vüqar Oruc oğlu Həsənov Alazan çayının Mingəçevir Su anbarının Samux rayon ərazisinə tökülən hissəsində qayıqdan suya düşüb və batıblar.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən Qax rayon sakini Rövşən Hümbət oğlu Hümbətovun meyiti tapılıb və aidiyyəti üzrə təhvil verilib.

Digər şəxsin axtarışları isə davam etdirilir.

0.065109968185425