Ağdamda velosipedlə hərəkətdə olan yeniyetmə vuruldu
Ağdamda minik avtomobili velosipedlə hərəkətdə olan 15 yaşlı yeniyetməni vurub.
APA xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.
2009-cu il təvəllüdlü Vüsal Ramil oğlu Hüseynli velosipedlə yolu keçmək istəyərkən "90-UX-771" dövlət qeydiyyat nişanlı "Mercedes-Benz" markalı minik avtomobili onu vurub.
Vüsal Hüseynli təcili-tibbi yardım maşını ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilib.
Faktla bağlı araşdırma aparılır.