MSK sədrindən seçki komissiyalarına xəbərdarlıq: “Cəzalandıracağıq” - CANLI VİDEO
“Öz vəzifəsinin öhdəsindən gələ bilməyən aşağı seçki komissiyalarını cəzalandıracağıq, onlar buraxılacaq”.
Bakunews.media-ın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, hər hansı bir komissiya üzvünün xoşagəlməz əməllərinin olmasına göz yumula bilməz: “Xüsusilə də bilərəkdən səhv etmələrinə göz yummaq olmaz. Biz Seçki Məcəlləsinin verdiyi imkanlardan istifadə edəcəyik. Lazım gəlsə, hüquq-mühafizə orqanlarına da müraciət edəcəyik”.
Aqşin Kərimov