Gürcüstanda Azərbaycanla sərhədə qədər olan yolun tikintisinin tamamlanacağı vaxt açıqlandı

Azərbaycanla sərhədə qədər olan yeni Tbilisi-Saqareco (Kaxeti) sürətli avtomobil yolunun tikintisi fəal şəkildə davam edir və bu il başa çatdırılacaq.

Bu barədə Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentindən bildirilib.

Bu yol Tbilisi və Kaxeti bölgəsini birləşdirən əsas magistralın, eləcə də Gürcüstanı Azərbaycanın şimal-qərb regionu ilə birləşdirən tranzit dəhlizinin bir hissəsidir.

Mənbə: "Sputnik" Gürcüstan

0.090004920959473