Yalnız anadan yardım ÇAĞIRIŞI: "Övladımın dəstəyə ehtiyacı var"

13 yaşlı Kamillanın sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Bakunews.media-a onun anası Elmira İsmayılova məlumat verib.

O bildirib ki, onun övladı bir çox xəstəlikdən əziyyət çəkir.

"Kamillanın 13 yaşı var. Demək olar ki, doğulan gündən müalicələr etdiririk. Hər dəfə həkimə gedəndə onun yeni bir xəstəliyini öyrənirik. Bir neçə il əvvəl o, gözündən ağır əməliyyat keçirib. Hazırda isə böyrəklərində və yumurtalıqlarında problemlər var. Həkimlər müalicə olarsa, onun yumurtalıqlarını xilas edə biləcəklərini, əks halda onu götürməli olduqlarını deyiblər".

Elmira İsmayılova övladına təkbaşına baxdığını deyib.

"Biz yoldaşımla illərdir ayrılmışıq, nə aliment verir, nə maddi hər hansısa dəstək olur. Özüm güc-bəla ilə Kamillanı bu günə kimi gətirib çıxarmışam. Son bir aydır onun müalicəsini sizin saytın izləyicilərinin dəstəyi ilə edə bilirik. Hazırda Kamillanın bütün dərmanları bitib, bunları almaq üçün bizim 700 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirəm".

Ailə ilə əlaqə: (055) 706-05-21.

Leo Bank: 5411 2498 0319 7794.

0.080302000045776